XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2016 - 15:22

Putin Olimpiadadanimtina etdi

Putin 540

Rusiya prezidenti Vladimir Putin Rio-de-Janeyroda Olimpiadanın açılış mərasimində iştirak etməyi planlaşdırmır.

Publika.az  “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, iyulun 21-də İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin (ROK) və Beynəlxalq Yüngül Atletika Federasiyasının (IAAF) iddiasını rədd edib. Bununla da 68 rusiyalı idmançının Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirak etməyəcəyi dəqiqləşib.

Ötən ilin noyabrında IAAF Ümumrusiya Yüngül Atletika Federasiyasını dopinq-qalmaqalına görə diskvalifikasiya etdiyi üçün rusiyalı idmançılar bütün beynəlxalq yarışlardan kənarlaşdırılmışdı.