Dövlət çevrilişinə cəhddən sonra Türkiyədə işdən çıxarılan dövlət qulluqçularının sayı 45 min 954 nəfərə çatıb.
Strateq.az bildirir ki, bu barədə Anadolu Agentliyi məlumat verib.
Agentliyin hazırladığı məlumatda deyilir ki, bu sırada təhsil sahəsi liderlik edir. Bu sektordan 42 min 767 nəfər işdən çıxarılıb. Ailə və Sosial siyasət Nazirliyindən 599 nəfər azad edilib. Elm, sənaye və texnologiya Nazirliyindən 560 nəfər, Nəqliyyat, Dəniz və Kommunikasiyalar Nazirliyindən –529 nəfər, TRT-dən 300 nəfər işdən qovulub.
Bu tədbirlər həmçinin digər nazirliklərdə tətbiq edilib.