XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

07 İyul 2015 - 16:02

Tsipras 7 milyard borc istəyir – Yunanıstandan ilk təklif gəldi

Yunanıstanın baş naziri Aleksis Tsipras 48 saat ərzində ölkəsinə 7 milyard borc verilməsini istəyir.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker hazırda baş nazirin bu müraciətinə baxır.

Bu gün Yunker açıqlama verib ki, Yunanıstandakı vəziyyət bir günün içində həll oluna bilməz. O, həmçinin Yunanıstanın avrozonadan çıxmasının əleyhinə olduğunu da bildirib.

Qeyd edək ki, iyulun 5-də Yunanıstanda keçirilən referendumda əhalinin 61 faizi «yox» cavabı verməklə, beynəlxalq kreditorlardan asılı olmaq istəmədiyini nümayiş etdirib. Bunu nəzərə alaraq, bu gün Beynəlxalq Valyuta Fondu Yunanıstana kredit ayırmayacağını açıqlayıb.

Avropa liderlərinin isə son baş verənlərdən sonra Yunanıstana yardımla bağlı mövqeyində fikir ayrılıqları var. Onların bir qismi hesab edir ki, Yunanıstan yaranmış böhranlı vəziyyətdən çıxmağın yolunu özü axtarıb tapmalıdır. çünki referendum Yunanıstanla avrozona ölkələri arasında son körpünü də yandırmış oldu.

Bəzi ölkələr isə Yunanıstanın avrozonada qalmağına tərəfdardılar və hesab edirlər ki, Afinaya yardım paketi təqdim edilməlidir.

Onu da qeyd edək ki, Yunanıstandakı vəziyyəti müzakirə etmək üçün Fransa prezidenti Fransua Ollandla Almaniya kansleri Angela Merkel dünən Parisdə bir araya gəlmişdi. Görüşdən sonra mətbuat konfransı keçirən liderlər müzakirələr üçün qapını açıq saxladıqlarını və Yunanıstandan konkret təklif gözlədiklərini bildirmişdilər.

Son olaraq bildirək ki, Yunanıstanın xarici borcu 300 milyard avroya yaxınlaşır.