XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 July 2016 - 23:19

“İrəvanda qiyamçılarla danışıqlar aparılmır” –Alek Eniqomşyan

armenia887

 İrəvanda hökumət və polis şöbəsini ələ keçirən silahlılarla heç bir danışıqlar aparılmır.

Bu barədə müxalif “Təsis parlamentinin” fəalı, vasitəçi qismində çıxış edən Alek Eniqomşyan bildirib.

“Hazırda heç bir danışıqlar aparılmır. Vəziyyət donubdur. Bununla belə, artıq 48 saatdır post-patrul alayının ərazisinə elektrik enerjisinin verilməsi dayandırılıb, rabitə kəsilib,  ərzaq yoxdur, tibbi yardım göstərilmir”, – deyə, vasitəçi bildirib.

Qeyd edək ki, bundan əvvəl bir sıra KİV-lər hökumətlə silahlılar arasında vasitəçinin Aşot Minasyan olacağını bildirirdilər.  

APA