XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 02:01

Türkiyədə Jandarm və Sahil Mühafizəsi DİN-in tabeliyinə verilir

Binali875

 Türkiyədə Jandarm qüvvələri və Sahil Mühafizəsi Daxili İşlər Nazirliyinin tabeliyinə verilir.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nazirlər kabinetinin növbədənkənar iclasından sonra Türkiyə baş naziri Binali Yıldırım bəyan edib.

"Türkiyə Jandarm Qüvvələri Komandanlığı və Sahil Mühafizəsi Komandanlığı Daxili İşlər Nazirliyinə birləşdiriləcək. Bununla əlaqədar müvafiq fərman veriləcək”, deyə B.Yıldırım bildirib.