XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

08 İyul 2015 - 08:14

Bayram Səfərov: “Görüşmək üçün əli qana batmayan erməni tapa bilmədik”

bayram seferov.jpg

“Biz öz tərəfimizdən çox çalışdıq ki, erməni icması ilə, daha doğrusu, sadə, əli qana bulaşmayan ermənilərlə görüşək, amma alınmadı”.

Bunu “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib. (APA)

B. Səfərov bildirib ki, Ermənistan rəhbərliyi görüş üçün imkan yaratmayıb: “Bu görüşün baş tutması üçün Ermənistan tərəfi heç bir şərait yaratmadı. Biz isə imkan olduqca əzəldən Dağlıq Qarabağda yaşayan ermənilərlə danış apamaq istəyirdik”.

B. Səfərov əlavə edib ki, hazırda Ermənistanda baş verən hadisələr beynəlxalq media tərəfindən yetərincə işıqlandırılmır: “Kütləvi informasiya vasitələrinin çoxu sanki bu hadisələri görmür. Bu da bizdə bir daha əminlik yaradır ki, ikili standart və ədalətsizlik var. Ermənilər mitinq keçirib öz hüquqlarını tələb etsələr də, baş verənləri qapalı saxlamağa çalışırlar”.