XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 15:26

“Bizim üçün Almaniya təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir” –Dövlət Agentliyindən açıqlama

azenerji

Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyasının birgə təşkilatçılığı ilə 18-21 oktyabrda Bakıda BMT Avropa İqtisadi Komissiyasının Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası, “Dayanıqlı inkişaf üçün enerji” VII beynəlxalq forumu, “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı keçiriləcək.

Bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədrinin energetika məsələləri üzrə müşaviri Ramazanov Nəzir bildirib.

N. Ramazanov vurğulayıb ki, Azərbaycanda keçiriləcək tədbirdə indiki dövrə qədər nəzərdə tutulmuş qərarların və müəyyən icra mexanizmlərinin hansı səviyyədə olduğu, onların doğru olub-olmamağı barədə fikir mübadiləsi aparılacaq.

“Çünki bura BMT Avropa İqtisadi Komissiyasının Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun nümayəndələri gələcək və burada artıq mütəxəssislərin rolu böyük olacaq. Bütün dövlətlər, BMT Avropa İqtisadi Komissiyasına daxil olan 56 ölkə, o cümlədən BMT Avropa İqtisadi Komissiyasının digər regional komissiyasının nümayəndələri də Azərbaycan gələcək. Tədbirdə dayanıqlı inkişafın əldə olunması üçün hansı istiqamətlərin vacib olduğu bir daha vurğulanacaq və gələcək addımlar artıq bu platformadan atılacaq”, – deyə müşavir bildirib.

N. Ramazanov əlavə edib ki, Azərbaycanda həyata keçiriləcək layihələrdə Çin təcrübəsinin öyrənilməsi istiqamətində böyük işlər görülüb: “Dövlət agentliyində kadr potensialının gücləndirilməsi məqsədilə Çinlə əməkdaşlıq aparılaraq kadrların öz sahələri üzrə müəyyən biliklərə yiyələnməsinə yardım göstərilib. Eyni zamanda biz Almaniya, Türkiyə kimi ölkələrlə sıx əməkdaşlıq aparırıq. Bu sahə üzrə ən qabaqcıl ölkələrdən biri də Almaniyadır. Bizim üçün Almaniya təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir".

Qeyd edək ki, tədbirdə BMT regional komissiyalarına üzv olan dövlətlərin 300-dən çox dövlət və hökumət rəsmiləri, enerji mütəxəssisləri və elmi tədqiqatçılar iştirak edəcək. Bundan başqa, UNECE-nin Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə ekspertlər qrupunun növbəti sessiyaları ilk dəfədir ki, İsveçrənin Cenevrə şəhərindən kənarda keçirilir. 

APA