XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 17:19

Türkiyə paytaxtının simvolu sayılan meydanın adı dəyişdirilir –"Qızılay" Demokratiya Meydanı

 

Qızılay dd 37

Türkiyənin paytaxtı Ankara şəhərinin simvolu sayılan meydanın adı dəyişdirilir. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, 1929-cu ildən bəri Qızılay meydanı kimi tanınan ərazi 15 iyul  "Qızılay" Demokratiya Meydanı adlandırılacaq. 

Qızılay meydanı Ankaranın mərkəzi sayılır və adını 1929-cu ildə inşa edilən, lakin bu gün mövcud olmayan Qızılayın mərkəzi binasından alır.

Bundan əlavə, Türkiyə Böyük Millət Məclisinin (TBMM) qarşısındakı Silahlı Qüvvələrin Baş Qərargah qovşağının adı  "15 iyul şəhidlər meydanı"  olacaq. 

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Məlih Gökçək isə hər iki ərazidə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulması barədə qərar verdiklərini bildirib.