İraqın Mosul şəhərində iftara dəvət olunan 45 İŞİD üzvü yemək zamanı zəhərlənib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iftara ümumilikdə 145 İŞİD-çi qatılıb.
Kürdüstan Demokratik Partiyasının sözçüsü mətbuata açıqlamasında bildirib ki, zəhərlənmənin qidadan olub-olmadığını hələ müəyyən etməyiblər. O bunun qəsd olduğunu da istisna etməyib. Bundan əvvəl Suriyada da bir qrup İŞİD-çi zəhərlənmişdi. Həmin vaxt onların yeməyinə zəhər qatılmışdı.