XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2016 - 18:54

Səhiyyə naziri Oqtay ŞirəliyevŞirvana gedib

Səhiyyə 667

Səhiyyə naziri Oqtay Şirəliyev partlayış baş verən Şirvan şəhərinə gəlib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, səhiyyə naziri yaralıların yerləşdirildiyi Şirvan Mərkəzi Şəhər Xəstəxanasındadır.

Qeyd edək ki, partlayış baş verəndən sonra Səhiyyə Nazirliyi nazir Oqtay Şirəliyevin xəsarət alanlara tibbi yardım göstərilməsi məsələsini şəxsi nəzarətinə götürməsi barədə məlumat açıqlayıb.

Xatırladaq ki, partlayış Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı ”Araz” zavodunda baş verib. Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində ölən yoxdur, 11 nəfər yüngül xəsarət alıb.