XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

26 İyul 2016 - 22:47

Ermənistan MTX silahlı qiyamçıları hədələdi:"Sərt tədbirlər görməyə məcbur olacağıq"

ermeni1

"Silahlı qruplaşmanın cinayətkar davranışları getdikcə bütün sərhədləri keçərək daha təhlükəli xarakter alır. Ona görə də yeni cinayət hallarının qarşısını almaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti konkret situasiyanın diktə etdiyi kimi sərt tədbirlər görməyə məcbur olacaq".

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

“Ermənistan Polisinin patrul-mühafizə alayının binasını nəzarətdə saxlayan silahlı qruplaşma üzvləri yeni cinayətlər törətməməklə bağlı çoxsaylı çağırışların əksinə olaraq hüquq-mühafizə orqanları əməkdaşlarının həyat və sağlamlığına qəsd etməyə, onların əmlakını məhv etməyə davam ediblər. Cinayətkar qrupun niyyətləri və fəaliyyətləri barədə məlumatlı olduğumuz üçün xəbərdarlıq edirik: İnsanların həyat və sağlamlığına olan bütün təhdidlər qanuni cavab tədbirləri ilə dərhal neytrallaşdırılacaq”.

Qeyd edək ki, iyulun 17-dən “Sasna çrer” silahlı qrupu Ermənistan Polisinin patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını nəzarətdə saxlayır.