XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 13:56

Mübariz Qurbanlı Balakəndə vətəndaşlarıqəbul edib

Qurbanov 776

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən şəhərindəki Mədəniyyət Mərkəzində Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl DQİDK sədri Mübariz Qurbanlı və Balakən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Azad Balayev Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Qəbul zamanı vətəndaşların müraciətləri əsasən, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı, dini maarifləndirmə üzrə layihələrin maliyyələşdirilməsi və digər məsələlərlə bağlı olub.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.

Araşdırılmasına ehtiyac olan məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət etmələri tövsiyə olunub.