XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 15:44

Bakı Metropoliteni metroda işləmək istəyənlər üçünpulsuz kurslar təşkil edib

Metro 41

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qatarların qəbulu və yola salınması üzrə növbətçi peşəsi üçün növbəti ödənişsiz kurs elan edir.

Bu barədə Trend-ə "Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, “Bakı Metropoliteni” QSC “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurs təşkil edir. Kurs 1 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” QSC-nin hərəkət xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcək.

Kursda iştirak edən xanımların yaş həddi 18-30 arası, boy isə minimum 170 sm olmalıdır. Kursa qəbul olunan xanımların orta təhsilli olması, Azərbaycan dilini əla səviyyədə bilməsi, Bakı şəhərində qeydiyyatda olmaları tələb olunur.

Kursa cəlb ediləcək oğlanlar üçün isə yaş həddi 22-30 arası, boy minimum 170 sm, hərbi mükəlləfiyyətli, təhsili texniki ali olmalıdır. Kursa müraciət edənlər Azərbaycan dilini mükəmməl bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır.

Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdır.

Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsinin qeyd edilməsi zəruridir.