XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 17:18

Avtobusun vurduğu atlet Azərbaycandantəzminat tələb edir

I Avropa Oyunları zamanı “Atletlər kəndi”ndə avtobusun vurması nəticəsində əlil olan avstriyalı idmançı Vanessa Şahinoviçin ailəsinin vəd olunan kompensasiyanı Azərbaycandan ala bilmədiyi deyilir.

Turan xəbər verir ki, bu barədə “Der Standard” qəzeti yazıb.

Qəzetdə yazılanlara görə, ailə həmçinin, reabilitasiya xərclərinin ödənilməsini tələb edir. Ailənin vəkili qəzanı törədən sürücünün çalışdığı şirkəti məhkəməyə verib.

16 yaşlı Vanessa Sahinoviç bir ildə Avstriyanın kurort bölgələrində reablitasiya kursu keçsə də, hərəkət etmək qabiliyyəti bərpa olunmayıb. Onun aşağı ətrafları iflic olub və hərəkət qabiliyyətini itirib.

V.Şahinoviç və Avstriyanın sinxron üzgüçülük komandasını təmsil edən digər iki idmançı ötən il Bakıda keçirilən I Avropa Oyunları zamanı “Atletlər kəndi” ərazisində avtobusun vurması nəticəsində xəsarət alıblar.

Qəzadan sonra Azərbaycan hökuməti avstriyalı idmançının müalicəsindən ötrü bəzi tədbirlər görüb. Hakimiyyət idmançının Vyanaya çatdırılması məqsədi ilə xüsusi təyyarə ayırıb və onun müalicə xərcləri təmin olunub.

V.Şahinoviç Bosniyadan gələn mühacir ailəsindəndir.