XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 17:27

Silah-sursatın saxlanılması və təhvil verilməsi:Nazirlər Kabineti yeni qaydanı təsdiq etdi

Azərbaycan Respublikasının Nazirlər Kabineti “İnzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması Qaydası”nı təsdiq edib.

Bu Qayda İnzibati Xətalar Məcəlləsinin 94.9-cu maddəsinə uyğun olaraq hazırlanan və inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə minənədək uçotu, saxlanılması və aidiyyəti üzrə təhvil verilməsi qaydalarını müəyyən edir.

Sənəddə inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş silahın və ya döyüş sursatının uçotu, saxlanılması, təhvil verilməsi, habelə onların saxlanılmasına nəzarət qaydaları və bunun üçün nəzərdə tutulan məsuliyyət əksini tapıb.