XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 19:28

İqtisad Universitetindən 2-ci ali təhsillə bağlı –Açıqlama

iqtisad-uni

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016/2017-cı tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil və yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulunun müddətini sentyabrın 10-dək uzadıb.

UNEC-dən Strateq.az-a verilən məlumata görə, dövlət və özəl ali təhsil müəssisələrinin məzunları ilkin baza təhsili proqramları ilə yenidən əldə ediləcək ixtisasın baza təhsili proqramı arasındakı fərq bir tədris ilinə hesablanmış saatdan çox olduğu halda təkrar ali təhsil, olmadığı halda isə yenidənhazırlanma təhsili ala bilərlər.

Təkrar ali təhsilə qəbul 21 ixtisas üzrə aparılır və təkrar ali təhsil almaq isiəyənlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun) notarial qaydada təsdiqlənmiş surəti (diploma əlavə ilə birlikdə), işlədiyi halda iş yerindən arayış ilə əmək kitabçasından çıxarış, 3×4 sm. ölçüdə 6 ədəd fotoşəkil və şəxsiyyət vəsiqəsinin surətini elektron formada təqdim etməlidirlər.

Yenidənhazırlanma təhsili 3 ixtisas üzrə aparılır və yenidən hazırlanma təhsili almaq istəyənlər fərdi qaydada rektorun adına ərizə, rektorun adına müəssisə və ya təşkilatın göndərişi, ali və ya orta ixtisas təhsili haqqında diplomun notarial qaydada təsdiqlənmiş surəti, diploma əlavənin notarial qaydada təsdiqlənmiş surəti, əmək kitabçasının rəsmi qaydada təsdiqlənmiş surəti, 1 ədəd fotoşəkil (3×4 sm jpeg formatında), şəxsiyyət vəsiqəsinin surətini pdf formatında təqdim etməlidirlər.

UNEC-də yenidənhazırlanma və təkrar ali təhsilə qəbul ancaq elektron qaydada – kabinet.unec.edu.az saytı vasitəsi ilə həyata keçirilir.

Təhsil Azərbaycan dilindədir və tədris müddəti 1 ildir.