XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 18:07

Aİ-nin Türkiyədəki yeni səfirininadı məlum olub

Yeni 886

 Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini Kristian Bergeri Aİ-nin Türkiyədəki yeni səfiri təyin edib.

"Report" TASS-a istinadən xəbər verir ki, K.Berger hazırda Yaxın Şərq və Şimali Afrika üzrə Aİ-nin xarici siyasət xidmətinin direktoru vəzifəsində çalışır və müxtəlif beynəlxalq təşkilatlarda ayrı-ayrı diplomatik vəzifələrdə 30 illik təcrübəyə malikdir. O, 1997-ci ildən Aİ təsisatlarında çalışır.

Xatırladaq ki, Aİ-nin Türkiyədəki keçmiş səfiri Hansyorq Haber bu il iyunun ortalarında tutduğu vəzifədən istefa verib və avqustun 1-də işindən tam gedəcək.