XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2016 - 18:37

Ukrayna səfirliyi Krıma səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşları üçün bəyanat yayıb

Ukrayna 7767

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər işğal olunmuş Krıma yalnız Ukrayna qanunvericiliyinə, beynəlxalq hüquq normalarına uyğun olaraq və BMT Baş Assambleyasının 27 mart 2014-cü il tarixli "Ukraynanın ərazi bütövlüyü" qətnaməsini nəzərə alaraq daxil olmaq hüququna sahibdirlər.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən nəşr edilən Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Ukraynanın müvəqqəti işğal olunmuş bu ərazisinə giriş və çıxış yalnız səlahiyyətli orqanların xüsusi icazəsi ilə giriş-çıxış nəzarət məntəqələrində həyata keçirilə bilər.

Ukrayna XİN-dən bildirilib ki, işğal olunmuş Krım ərazisinə gedərkən Ukrayna qanunvericiliyin pozulması ölkənin suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik hesab olunur.

"Bu baxımdan, Ukraynanın Azərbaycandakı səfirliyi bir daha Ukraynaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının diqqətinə çatdırır ki, ölkənin müvəqqəti işğal olunmuş ərazilərinə səfər qaydaları barədə Ukraynanın Bakıdakı diplomatik missiyasının veb saytında ətraflı məlumat yerləşdirilib.

Bundan əlavə, qeyd etmək istərdik ki, işğal altında olan ərazilərdə (Krım MR, eləcə də Donetsk və Luqansk vilayətlərinin bir hissəsində) Ukrayna mərkəzi orqanlarının sertifikatı və icazəsi olmadan kommersiya fəaliyyəti aparmaq qadağandır", – səfirliyin bəyanatında deyilir.