XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 22:17

Zakir Həsənov tapşırıq verdi –Hərbi hissələrdə toplantı keçirildi

zakir-h-1

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində hərbi hissə və birləşmələrin psixoloqları, eləcə də şəxsi heyətlə iş üzrə zabitlərin iştirakı ilə Silahlı Qüvvələrdə psixoloji işin təşkilinə dair təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, toplantıda "Silahlı Qüvvələrdə psixoloji işin təşkili və aparılması", "Kollektivin psixoloji durumuna təsir edən amillər", "Döyüşdə və döyüşdən sonra hərbi qulluqçuların psixoloji durumu" və bir sıra digər mövzular üzrə mühazirələr dinlənilib.

Toplantı iştirakçıları tərəfindən aprel döyüşlərinin şəxsi heyətin mənəvi-psixoloji durumunun yüksəlməsində rolu, hərbi qulluqçuların psixoloji hazırlığı üzrə tələb və tövsiyələr, eləcə də həyata keçiriləcək fəaliyyətlər barədə müzakirələr aparılıb.