XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 20:20

Şərq yarımkürəsində istilər:Küveytdə 54 dərəcə

BMT-nin hava agentliyi güman edir ki, Küveytdə qeydə alınan 54 dərəcə isti Asiyada havanın temperaturuna görə rekordları yeniləyib.

BBC-nin məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirib ki, Mitrabah şəhərində qeydə alınan temperatur şərq yarımkürəsi və Asiya üçün yeni pik nöqtə ola bilər və bununla bağlı komisisya yaradılır.

ÜMT ötən həftə bildirmişdi ki, 2016-cı il tarixdə ən isti il kimi rekordları yeniləyə bilər. İyun ayı ən isti havanın qeydə alındığı 14-cü ardıcıl ay idi.

Qurumun rəsmisi Thomson Reuters-ə deyib ki, bu istilik gözlənilməz olub.

"Biz 2016-cı il üçün mötədil istilik gözləyirdik, daha gördüyümüz temperatur artımını yox", ÜMT-nin iqlim tədqiqatı proqramının direktoru David Carlson deyib: "Temperaturların əhəmiyyətli dərəcədə qalxması, eyni zamanda daşqınlar kimi ekstremal hadisələr yeni normaya çevrilib".

ÜMT-yə görə, 56.7C dünya rekordu 1913-cü ildə Kaliforniyadakı Ölüm vadisində qeydə alınmışdı.