XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2016 - 21:03

Yaponiyada “Fukusima”AES-in yaxınlığında zəlzələ olub

 Yaponiya 7789

Yaponiyanın Hönsü adasının şimal-şərqində 5,3 bal gücündə zəlzələ olub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri İbaraki prefekturasının şimalında, ocağı isə 50 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Xəsarət alan və dağıntılar barədə məlumat yoxdur. İlkin məlumata görə, yeraltı təkanlar episentrin yaxınlığında yerləşən “Fukusima” atom elektrik stansiyasına zərər vurmayıb.