XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 08:23

AKP təkbaşına iqtidar olmaq hazırlığına başladı – Erkən seçki

Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə erkən seçki ehtimalını nəzərə alaraq sorğu keçirib.

Strateq.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb. Aparılan sorğunun nəticəsinə görə, partiyanın səsləri 41 faizdən 46 faizə yüksəlib və buna uyğun olaraq, hazırlıq işlərinə başlanılıb:

“AKP-də erkən seçkinin noyabrda keçirilməsi planlaşdırılır. Ancaq partiya seçkinin 15-16 noyabr tarixlərində keçiriləcək G-20 zirvəsinə görə 8 və yaxud 22 noyabrda baş tutmasını istəyir. çünki G-20 kimi böyük bir toplantının olduğu həftə seçkinin keçirilməsi münasib deyil”.

Qeyd edək ki, bu səs faizləri AKP-ni təkbaşına iqtidar edəcək.