XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 10:42

Bu il Qafqaz Universitetinə tələbə qəbulu olacaq? –Rəsmi açıqlama

qafqaz 666

Bu il adı ətrafında müxtəlif söz-söhbətlər yaranmış Qafqaz Universitetinə də tələbə qəbulu həyata keçiriləcək. 

Bu barədə Modern.az-a Qafqaz Universitetindən məlumat verilib.

Məlumata görə, bu yaxınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək.

Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq.

BANM-ın idarəçiliynə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə, hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq.

Xatırladaq ki, iyulun 20-də təsisçinin – SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir.