XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 14:08

Mövlud Çavuşoğlu:"Ərdoğan və Putin İŞİD-ə qarşı mübarizəni müzakirə edəcək"

Çavuş 543

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 9-da Rusiyaya səfər edəcək.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bundan əvvəl Türkiyə və Rusiyanın bir sıra nazirləri arasında görüşlər keçiriləcək: “Mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüm zamanı hansı addımların atılmasının zəruri olduğunu müzakirə etmişəm. Biz görüşün siyasi mövzularını razılaşdırırıq. Hər halda Rusiya prezidenti Vladimir Putinlə görüşdə iki ölkə arasındakı siyasi, iqtisadi münasibətlər, İŞİD və “Cəbhəte ən-Nusra”ya qarşı mübarizə məsələləri müzakirə ediləcək”.