XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 14:46

Türkiyə Silahlı Qüvvələrinin tabeliyindəniki qurum çıxarılıb

 Türkiyə Silahlı Qüvvələrinin tabeliyindən iki qurum çıxarılıb. 

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bununla bağlı fövqəladə vəziyyət çərçivəsində alınması zəruri olan tədbirlərlə bəzi idarə və təşkilatlarda tənzimləmələrə dair qanun hökmündə fərman rəsmi qəzetdə dərc olunub. 

Sənədə əsasən, Jandarma Baş Komandanlığı və Sahil Mühafizə Komandanlığı Silahlı Qüvvələrdən alınaraq TürkiyəDaxili İşlər Nazirliyinin sərəncamına verilib. 

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişi cəhdində sonra güc strukturlarında islahatlar başlayıb. Gülxanə Hərbi Tibb Akademiyasının (GATA) da Silahlı Qüvvələrdən alınaraq Türkiyə Səhiyyə Nazirliyinin tabeliyinə veriləcəyi bildirilir.