XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 15:13

Bakıda taksilər yeni qaydalarla fəaliyyət göstərəcək

Taksi 99

Hazırlanmaqda olan Bakının Vahid Nəqliyyat Konsepsiyasında paytaxtda fəaliyyət göstərən taksilərlə bağlı yeni qaydalar öz əksini tapıb.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Trend-ə deyib ki, Bakıda taksi sürücüləri üçün vahid geyim forması tətbiq ediləcək.

N.Allahyarova bildirib ki, bununla bağlı məsələ Bakının Vahid Nəqliyyat Konsepsiyasında şərt kimi qoyulub.

O bildirib ki, Konsepsiyada həmçinin taksilərdə taksometrlərin və POS terminalların quraşdırılması məsələsi öz əksini tapıb.

N.Allahyarova qaydalara əməl etməyən sürücülərlə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək