XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 15:42

Alış-veriş saytlarından Azərbaycana qarşı –Təxribat

AZƏRBAYCAN  085!

Azərbaycana qarşı internet məkanında növbəti təxribat edilib.

Xəbərə görə, “Etsy” adlı internet-mağazada Azərbaycanın xəritəsi əks olunan məhsullarda Naxçıvan Muxtar Respublikası təsvir edilməyib. "Roberta Wonders" və "Teeburo"n şirkətlərinə məxsus köynəklərdə, eləcə də kulonlarda Azərbaycan xəritəsi Naxçıvansız əks olunub.

Ermənistan xəritəsinin təsvir olunduğu mobil telefon üçün örtüklərdə isə işğal olunmuş Dağlıq Qarabağ ərazisi müstəqil dövlət kimi göstərilib.

Bu, ölkəmizin ərazi bütövlüyünə qarşı edilən yeganə təxribat deyil. Belə ki, dünyaca məşhur onlayn alış-veriş saytı "Ebay”da Azərbaycanın brendi "Azəri-Çıraq-Günəşli" yatağından çıxan xam neft nümunəsi qabının üzərindəki xəritədə işğal olunmuş ərazilərimiz təsvir olunmayıb.

Vesti.az