XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

13 Mart 2015 - 12:28

Putinlə Kabayevanın oğlu oldu

Olimpiya çempionu Alina Kabayeva ana olub.

Virtualaz.org saytı “Eurosport” telekanalına istinadən xəbər verir ki, Kabayevanın oğlu olub. RSİ radiosu isə bildirib ki, xanım idmançı övladını İsveçrədə dünyaya gətirib.

İsveçrənin “Blick” qəzetinin yazdığına görə, bədii gimnastika üzrə olimpiya çempionu bir neçə gün əvvəl İsveçrənin Tiçino kantonunda yerləşən “Müqəddəs Anna” klinikasında qeydiyyata düşüb. Onun üçün iki palata icarələnib. Bir otaqda Kabayevanın özü, digərində isə mühafizəçiləri yerləşib.

İsveçrə mətbuatı yazıb ki, uşağın atası Rusiya prezidenti Vladimir Putindir. Məlumata görə, “Müqəddəs Anna” klinikasını seçməyi Putinə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni məsləhət görüb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin deputat Alina Kabayeva ilə birlikdə olması barədəki xəbərlər yeni deyil. Bu məlumatlar rəsmən təsdiqlənməsə də rəsmi şəkildə təkzib də edilməyib. A.Kabayevanın Moskvada inanılmaz dərəcədə güclü mühafizə altında gəzməsi, Putinin isə həyat yoldaşından rəsmən boşanması bu deyilənləri dolayısı ilə təsdiqləyən fakt kimi qiymətləndirilir.