XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 18:24

Orduda hansı dəyişikliklər olacaq? –Ali Hərbi Şuranın iclası bitdi, gözlər Ərdoğana dikildi

erdoqan-55

Bu gün Türkiyənin Baş naziri Binəli Yıldırımın sədrliyi ilə Ankarada, Çankaya sarayında keçirilən Ali Hərbi Şuranın iclası başa çatıb.

İclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq və digər güc strukturlarının komandanları iştirak ediblər.

İclasdan sonra – Türkiyə vaxtı ilə saat 20-də (Bakı vaxtı ilə 21-də) Prezident Rəcəb Tayyib Ərdoğanın adından Şura üzvlərinin şərəfinə Prezident sarayında ziyafət veriləcək.

Şuranın iclasında qəbul olunan qərarların dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın təsdiq etməsindən sonra ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

Azertac