Vladimir Putin Rusiyanın Ukraynadakı səfiri Mixail Zurabovu vəzifəsindən azad edib.
Bu barədə informasiya Kremlin rəsmi saytında yerləşdirilib.
Onun nəyə görə istefaya göndərilməsi haqqında isə heç bir məlumat verilmir.
Qeyd edək ki, Zurabov 5 avqust 2009-cu ildə Rusiyanın Ukraynadakı səfiri təyin olunub. Məhz Zurabov Maydan hərəkatından sonra Ukraynada daha aktiv fəaliyyət həyata keçirib.
Axar.az