XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 14:27

34 nəfəri ilan sancıb, 26 nəfəri gün vurub- Açıqlama

tecili_1.jpg

Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından etibarən 09.07.2015-ci il tarixinədək Bakı Şəhər Təcili Tibbi Yardıma günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə günvurma şikayəti ilə müraciət etmiş şəxslərdən 8-ə orta dərəcəli günvurma diaqnozu qoyulmuş və stasionara yerləşdirilibr. Müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilmiş və evlərinə buraxılıb.

Strateq.az Səhiyyə Nazirliyinə istinadən bildirir ki, əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən gün vurma halları ilə müraciət etmiş vətəndaşların müraciətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında acıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.

May ayından etibarən 09.07.2015-ci il tarixinə kimi ilan sancması diaqnozu ilə ümumilikdə 34 nəfər Respublika Toksikologiya Mərkəzinə müraciət etmişdir. İlan sancma hallarının əksəriyyəti Bakı və ətraf rayonların payına düşür.

Yuxarıda qeyd olunan tarixdən bu günə kimi əqrəb sancması diaqnozu ilə 4 nəfər müraciət etmişdir. Müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Strateq.az