XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 İyul 2016 - 22:42

Müdafiə Nazirliyində daha bir toplantı –Xidmət rəisləri hesabat verdi

mudafie-n-1

Müdafiə Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin arxa cəbhə idarəsində müvafiq xidmət rəisləri ilə ötən yarım ilin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Nazirliyin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, toplantıda çıxış edən idarə rəisi, polkovnik Münasib Babayev Ali Baş Komandanın ordunun təminatını daim nəzarətdə saxladığını bildirib.

O, dövlətin diqqət və qayğısı sayəsində Müdafiə Nazirliyi rəhbərliyinin həyata keçirdiyi tədbirlər nəticəsində bu istiqamətdə qısa müddətdə böyük uğurların əldə olunduğunu iştirakçıların diqqətinə çatdırıb.

Hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində verilən tapşırıqların yerinə yetirildiyi və bu istiqamətdə işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Sonra ötən altı ay ərzində arxa cəbhə xidməti üzrə görülən işlər barədə hesabatlar dinlənilib və qarşıda duran vəzifələr ətraflı müzakirə edilib.