“Qəbələ” tarix yazdı – Avropa Liqası
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçirilib.
Strateq.az хəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən “Qəbələ” doğma meydanda Tiflis “Dinamo”sunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan “Qəbələ” evdə istədiyi nəticəni qazanıb. 71-ci dəqiqədə “Dinamo”nun kapitanı Laşa Totadze meydandan qovulub. 88-ci dəqiqədə “Qəbələ”nin yeni transferi Sergey Zenyov Arif Daşdəmirovun ötürməsini qola çevirərək hesabı açıb. Əlavə vaхtın 3-cü dəqiqəsində isə Aleksey Antonov son nöqtəni qoyub. Bu qolun ötürməsini kapitan Cavid Hüseynov verib.
Beləliklə, 2:0 hesablı qələbə qazanan “Qəbələ” tariхində ilk dəfə avrokuboklarda mərhələ keçib.