XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 July 2015 - 19:09

“İndi növbəti mərhələyə hazırlaşacağıq” – Tale Heydərov
“İnanırıq ki, bundan sonra daha yaxşı olacaq. Son dəqiqələrdə hamımız çox həyəcanlı idik. Sevindirici hal oldu ki, iki qol vourduq. Qələbə qazanmağımız gözəl oldu”.
Strateq.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov deyib.
“Dinamo” (Tiflis) üzərində 2:0 hesablı qələbədən sonra jurnalistlərə açıqlama verən klub prezidenti bildirib ki, növbəti mərhələdə də qələbə qazanmaq istədiklərini bildirib: “İndi növbəti mərhələyə hazırlaşacağıq. çalışacağıq ki, ikinci mərhələdə də uğur qazanaq”.
Heydərov bildirib ki, baş məşqçi istəyəcəyi təqdirdə “Qəbələ”yə futbolçu alınacaq: “Hazırda danışıq apardığımız oyunçular var. Məşqçinin istəyi ilə əsasən transfer çalışmalarımızı davam etdiririk. Yenə də heyəti gücləndirəcəyik”.