Türkiyədə dövlət çevrilişi cəhdinin baş verdiyi 15 iyul gecəsi xarici işlər naziri Mövlud Çavuşoğluna maraqlı bir mesaj ünvanlanıb.
Avropa.info xəbər verir ki, SSRİ-nin son prezidenti Mixail Qorbaçovun ingils dili tərcüməçisi Pavel Palajçenkonun, dövlət çevrilişi cəhdinin baş verdiyi gecə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna sosial şəbəkə səhifəsindən "Mövlud diqqətli ol"! Mesajı yazdığı üzə çıxıb.
İstanbulda 2009-ci ildə çəkdiyi fotosunu və Çavuşoğlunun Vikipediya səhifəsini paylaşan məşhur rus tərcüməçi, ingiliscə “Stay safe, Mevlud!” yazıb.
Uzun illər Qorbaçovun xarici səfərlərində tərcüməçilik edən Palajçenko, Çavuşoğluna da Rusiya səfəri zamanı müşayət etmişdi.