XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 02:25

Rusiya və Çin Cənubi Çin dənizində birgəhərbi təlimlər keçirəcək

SAFF 7765

Rusiya və Çin sentyabrda Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirəcək.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Yanq Yujun söyləyib.

Qeyd edək ki, Çin və Rusiya 2012-ci ildən bu yana hər il birgə hərbi dəniz təlimi keçirirlər. Keçən il bu təlim Yapon dənizində baş tutub. O zaman təlimə 22 gəmi, 20 təyyarə, 40 hərbi texnika və 500 hərbçi qatılmışdı.

Cənubi Çin dənizində gərginlik hələ də davam edir. Çinin bir neçə mübahisəli arxipelaqı öz nəzarəti altına alması ABŞ başda olmaqla bölgə dövlətlərinin kəskin etirazına səbəb olub.