XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 04:27

Yəməndə hökumət ilə üsyançılar arasındarazılıq əldə olunmayıb

Husi 45

 Yəmən hökuməti üsyançı husilərlə aparılan danışıqları başa çatdırıb və tərəflər arasında heç bir razılaşma əldə olunmayıb.

"Report" "Frans Press"ə istinadən xəbər verir ki, bu barədə prezident Əbd Rəbbu Mənsur Hadi hökumətinin danışıqlardakı nümayəndə heyətinin üzvü Abdulla əl Olaymi məlumat verib.

"Danışıqlar tamamilə başa çatıb. Biz onlarda iştirak etdik və xalqımız naminə dözüm göstərdik və onun xeyri üçün də danışıqları başa çatdırırıq", — deyə o bildirib.

Cümə axşamı Yəməndə "Ənsar Allah" hərəkatından olan üsyançı husilərlə sabiq prezident Əli Abdulla Salehinin tərəfdarları — Ümumxalq Partiya Konqresi ölkənin gələcək idarəedilməsi üçün birgə Ali Siyasi Şuranın yaradılması barədə saziş imzalayıblar.