XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 10:30

Polkovnik Mehman Sadıqov yenidən Penitensiar Xidmətin mətbuat katibi təyin olunub

mehman

Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə yeni kadr təyinatı olub.

 Məlum olduğu kimi, bir müddət əvvəl İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Yaşar İsakov öz ərizəsi ilə işdən ayrılıb.

 Modern.az saytının əldə etdiyi məlumata görə, İctimaiyyətlə əlaqələr şöbəsinə əvvəllər də bu şöbənin rəisi olmuş polkovnik Mehman Sadıqov gətirilib.

 Qeyd edək ki, M.Sadıqov təxminən 2 il əvvəl vəzifəsindən azad edilərək eyni statuslu digər vəzifəyə təyin olunub.

 Polkovnik həmin müddətdə Penitensiar Xidmətin "Cəmiyyət və cəza" ictimai-siyasi elmi-təcrübi jurnalının baş redaktoru – şöbə rəisi vəzifəsində çalışıb.