XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 15:16

Ukraynada 243 Rusiya şirkətinin fəaliyyətinəqadağa qoyulub

UK 665

Ukraynada 243 Rusiya şirkətinin xarici iqtisadi fəaliyyətinə qadağa qoyulub.

APA-nın "lenta.ru" ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, qərarın qəbul edilməsinə səbəb bu müəssisələrin Donbas regionunda yerləşən kommersiya strukturları ilə əməkdaşlıq etməsidir. Qeyd olunur ki, bu şirkətlərin əksəriyyəti eyni zamanda Ukrayna ilə qanuni əsaslarla əməkdaşlıq edir.

Ukrayna Təhlükəsizlik Xidməti artıq İqtisadi İnkişaf və Ticarət Nazirliyinə müvafiq materialları təqdim edib.