XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2016 - 15:28

Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərəxəbərdarlıq edilib

Aİr 334

 Türkiyədən xarici ölkələrə səyahət etmək istəyən şəxslərə xəbərdarlıq edilib. 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, buna səbəb ölkədə dövlət çevrilişi cəhdindən sonra Atatürk Beynəlxalq Hava Limanında təhlükəsizlik tədbirlərinin gücləndirilməsidir. 

Məlumata görə, vətəndaşlara aeroporta gələrkən öz şəxsi avtomobillərindən deyil, ictimai nəqliyyatdan istifadə etmələri məsləhət görülüb. Bundan başqa, sərnişinlərə aviareyslərə gecikməmələri üçün uçuşdan ən azı üç saat əvvəl hava limanında olmaları bildirilib.   

Qeyd edək ki, Atatürk Beynəlxalq Hava Limanına girişdə polis şübhəli avtomobilləri, insanları saxlayır və axtarışlar aparır.