XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 İyul 2016 - 15:34

Rusiya və İran müqavilə imzalayıb –"Hörmüzgan" İES-in dörd enerji blokunun tikintisi ilə bağlı

MUQ 665

"Texnopromeksport" və İranın buxar istilik elektrik stansiyasında (İES) elektrik enerjisi istehsal edən holdinq şirkəti arasında "Hörmüzgan" İES-in hər biri 350 MVt olan dörd enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalanıb. Bununla yanaşı, İran və Rusiya bank sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi ilə görüşünün yekunları barədə danışarkən məlumat verib.

A.Novak jurnalistlərə açıqlamasında onu da bildirib ki, 2016-cı ilin sonuna qədər İranla azad ticarət zonasının yaradılması barədə qərar qəbul edilə bilər.

Öz növbəsində, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi beşillik strateji proqram yaratmaqla bağlı razılığa gəldiklərini vurğulayıb.