XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

29 İyul 2016 - 16:06

İsveçrə cihadçıları vətəndaşlıqdanməhrum edəcək

İSS FF

Suriyada İŞİD-ə qoşulanları İsveçrə vətəndaşlıqdan məhrum edəcək

“The Express” yazır ki, İsveçrənin Dövlət Miqrasiya Katibliyi özünün vətəndaş azadlıqları qanununa dəyişiklik edib. Bu dəyişiklik cihadçıların ikili vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutur. Qanun dəyişikliyinin qəbuluna 19 yaşlı gəncin ikili vətəndaşlıqdan məhrum edilməsinə dair məhkəmə qərarı yol açıb. Adı çəkilməyən gənc 2015-ci ildə Suriyada İŞİD-ə qoşulub. 

Xəbər verilir ki, o, əlində kəsilmiş insan başı ilə çəkilmiş şəklini İnstagrama yükləyibmiş. Bu gəncin həm də İtaliya vətəndaşlığı varmış. “The Express” yazır ki, Sürix şəhərindən olan cihadçı İsveçrə vətəndaşlığından məhrum edilib, hərçənd bəzi məlumatlara görə onun 2015-ci ildə Suriyada öldürüldüyü güman edilir. Bu isə o deməkdir ki, İsveçrə cihadçıları, onlar hələ cihaddan qayıdanadək vətəndaşlıqdan məhrum edə bilər. Məqalədə deyilir ki, 2001-ci ildən bəri İsveçrədən 77 nəfər Yaxın Şərqdə cihada qoşulmaq üçün gedib. Onlardan 17-nin ikili vətəndaşlığa malik olduğu məlumdur. (Müsavat)