XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2016 - 16:12

Ərdoğan:"ABŞ demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır"

ERDOĞAN 33

ABŞ hərbi çevrilişə cəhddə əlaqəsi olan Fətullah Güləni dəstəkləmək əvəzinə, demokratiyanı müdafiə etdiyinə görə Türkiyəyə minnətdar olmalıdır.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının generealı Cozef Votelin qiyamçı türk generalların "Birləşmiş Ştatların dostları" olması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, xalq Gülən hərəkatının Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş fitnələrini unutmayacaq.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.