XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2016 - 21:25

Vasif Talıbov BMT-nin regional direktoru ilə görüşdü –FOTO

vasif talibov

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənub Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Argentina Szabados ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan Ali Məclisin sədri Naxçıvanda İnsan Alverinə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkür edib. Muxtar respublikada bu sahədə problemlərin olmadığını və cinayət faktının qeydə alınmadığını bildirən Ali Məclisin Sədri qadınların cəmiyyətdəki rolunun artırılması və məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən bəhs edib.

Naxçıvana səfərin onda xoş təəssürat yaratdığını bildirən Argentina Szabados muxtar respublikada insan alverinə qarşı mübarizə sahəsində görülən işlərin məmnunluq doğurduğunu bildirib. Qonaq təmsil etdiyi təşkilatla Naxçıvan Muxtar Respublikası arasında əlaqələrin inkişafının vacibliyini diqqətə çatdırıb.

Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə ölkə direktoru Mikaela Meredis və Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Draqana Filipoviç görüşdə iştirak ediblər.