Bu gün İsrailin Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
Strateq.az bildirir ki, aksiya Beynəlxalq Qüds günü ilə əlaqədar Azərbaycan İslam Partiyasının fəalları tərəfindən təşkil olunub.
Etiraz aksiyasında 50-yə yaxın dindar iştirak edib. Polis aksiya iştirakçılarının qətnamə oxumasına imkan verməyib. Nümayiş zamanı bir neçə aksiya iştirakçısı saxlanılıb, onlar Yasamal Rayon Polis İdarəsinə aparılıblar.
Saxlanılanlar arasında Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev də var.