XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 İyul 2016 - 03:36

Sorğu: Klinton Trampı 6 faiz qabaqlayır

KLTR 33

 ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 6% qabaqlayır. 

APA-nın “Reuters” agentliyinə  istinadən verdiyi xəbərə görə, agentlik və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 40,5 faizini, Tramp isə 34,6 faizini toplaya bilər.

Əvvəlki sorğuda  Tramp Klintonu 2 faiz qabaqlayırdı.

Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.