XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2016 - 11:09

“Maksimum gücümüzü ortaya qoyacağıq”- "Qarabağ"ın rəqibi

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya"nın futbolçusu Yan Kopiç cavab matçından əvvəl açıqlama verib.

Apasport.az-ın məlumatına görə, 26 yaşlı oyunçu açıqlamasında Bakıda qələbə qazanmaq istədilərini bildirib:

"Bizim üçün Çempionlar Liqası daha əhəmiyyətlidir. Geniş heyətimiz var. Baş məşqçi heyətdə müəyyən dəyişikliklər edə bilər. Biz bir komandayıq və oynamaq istəyirik. Əgər baş məşqçi heyətdə dəyişiklik etsə, meydana çıxacaq hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışacaq. "Qarabağ"ı qiymətləndirməyə bilmərik. Cavab matçında hər birimiz maksimum gücünü ortaya qoyacaq. Çünki qələbə qazanmaq istəyirik". 

Qeyd edək ki, tərəflərin cavab matçı avqustun 2-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.