Rusiya hərbçiləri Krımda Ukraynadan qalan S-300 HHM sistemlərini öz ordularında istifadə etməyəcəklər.
Avropa.info xəbər verir ki, bu barədə “RİA Novosti”yə ordudakı mənbə bildirib.
S-300-lər anbarlarda saxlanılacaq, onları nə təmir edəcəklər, nə də istifadə edəcəklər. Rusiya öz raket sistemlərini təmir etmək üçün artıq Sevastopolda servis mərkəzi açıb.
Daha əvvəl xəbər verilmişdi ki, ruslar Krımda ən müasir S-400 “Triumf” sistemlərini yerləşdiriblər. Bu raketlər yarımadanı istənilən hava hücumundan uğurla müdafiə etmək qabiliyyətinə malikdirlər.