“Atletiko” heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytı İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu “Sevilya”nın hücumçusu Kevin Qameyro ilə anlaşıb. Fransalı forvardla 4 illik sözləşməyə qol çəkilib.
Qameyro yeni klubu ilə 4 illik müqavilə imzalayıb. 29 yaşlı hücumçunun transferi “Atletiko”ya 40 milyon avroya başa gəlib.