XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

10 İyul 2015 - 16:32

Avropa Birliyi ölkələrinin əhali sayı – Ölkələr üzrə statistika açıqlandı

avropa-birliyi.jpg

Avropa Birliyinə (AB) üzv olan 28 ölkədə əhalinin ümumi sayı 508,2 milyon nəfərdir. Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, ötən il bu rəqəm 506,9 milyon olub.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, AB ölkələri arasında əhalisinin sayına görə ilk sırada Almaniya (82,2 milyon), son sırada isə Malta (425 min) gəlir. Fransa 66,4 milyonluq əhali ilə ikinci, Britaniya 64,8 milyonluq əhali ilə üçüncü, İtaliya 60,8 milyonluq əhali ilə dördüncü yerdədir. ötən il Avropa Birliyi məkanında 5,1 milyon uşaq dünyaya gəlib, 4,9 milyon insan isə dünyasını dəyişib.